“Messi növbəti 40 il ərzində görə bilməyəcəyimiz bir futbolçudur” – Qrizmann

İspaniyanın “Barselona” klubunun hücumçusu Antuan Qrizmann maraqlı açıqlamalar verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu, “Atletiko”dan Kataloniya klubuna transferi və karyerası ilə bağlı danışıb:

“Barselona”ya transfer olunmaqda əsas məqsədim yeni şeylər öyrənmək idi. “Atletiko”dan daha çox titul qazanmaq üçün ayrılmamışam. Burda hər şeyi yenidən öyrənməyə başlayıram. Yeni komanda yoldaşları, yeni taktika və s. Bütün bunları tez bir zamanda öyrənməliyəm, çünki komandamın mənə ehtiyacı var.

Lionel Messi növbəti 40 il ərzində görə bilməyəcəyimiz bir futbolçudur. Məncə, ondan daha yaxşısı yoxdur. Onun kimi bir futbolçunu izləmək böyük zövqdür, onun yanında oynamaq isə yuxu kimidir.

Fiziki xüsusiyyətlərim hər zaman mənim üçün problem olub. İnsanlar balaca olduğumu deyirdilər. Bu, çox çətin bir zaman idi, amma sonra hər şeyi unutdum və sevdiyim işlə məşğul olmağa başladım. Futbol sevgim o qədər böyükdür ki, çətin zamanlarla qarşılaşmağıma baxmayaraq, heç vaxt imtina etməmişəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button