“Futbol olmasa, İbrahimoviç də olmazdı”

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hazırda zədəli olan isveçli futbolçu, futbol sevgisi və sağalacağı vaxtla bağlı danışıb:

“Hər dəfə butslarımı geyinəndə, “etmək istədiyim sadəcə budur” deyə, düşünürəm. Futbol mənim həyatdakı ən böyük həvəsimdir. Futbol olmasa, İbrahimoviç də olmazdı. Futbol mənim ən yaxın dostumdur.

Zədəm ciddi deyil. Bir və ya iki həftə içərisində meydana qayıdacam”.