“Məğlub olmayacağımıza əmin idim” – “Fulhem”in baş məşqçisi

“Fulhem”in baş məşqçisi Skott Parker Premyer Liqada “Liverpul”u məğlub etdikləri oyundan (1:0) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Parker, “Liverpul”la görüşdə məğlub olmayacaqlarına əvvəldən əmin olduğunu deyib:

“İlk hissədə komanda istədiyim kimi idi. Məğlub olmayacağımıza əmin idim. Komandamızın yaxşı sürəti var. Futbolçulara nəyisə dəyişməli olduğumuzu demişdim. “Liverpul”la oyuna düzgün yanaşdıq və qələbə qazandıq. Futbolçularım qələbəyə layiq idi”.