“Fulhem”dən “Liverpul”a – rəsmi

“Liverpul”u heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Liverpul” “Fulhem”dən 20 yaşlı yarımmüdafiəçi Fabio Karvalyonu transfer edib. Portuqaliyalı futbolçu ilə 2027-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Portuqaliyanın U-21 millisinin üzvü olan futbolçu üçün 5,9 milyon avroluq təzminat ödənilib.

Karvalyo ötən mövsüm “Fulhem”də 38 oyunda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin