İki klubla eyni vaxtda müqavilə bağladı FOTO

Fransalı yarımmüdafiəçi Rafidin Abdulla həm İsveçrənin “Lozanna”, həm də İspaniyanın “Herkules” klubu ilə müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, əvvəlcə İsveçrə təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin transferini açıqlayıb. Bundan 14 dəqiqə sonra isə ispanlar Abdullanın keçidini rəsmən bəyan ediblər.

“Marsel”in yetirməsi olan Abdulla, 2019-cu ilin yanvarından klubsuz idi.