Depay dünyanın ən böyük üç klubundan birində oynamaq istəyir

Hücumçu Memfis Depay və yarımmüdafiəçi Ussem Auar “Lion”dan ayrılmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə Depay Fransa mətbuatına açıqlamasında deyib. Niderlandlı futbolçu, daha böyük bir klubda çıxış etmək istədiklərini bildirib:

“Auar və mən böyük bir klubda olduğumuzu bilirik. Lakin dünyanın ən böyük üç klubundan birində olmaq istəyirik. Bu zaman o da, mən də on qat daha yaxşı oynayacağıq.

“Lion” üçün titul qazanmaq istəyirdim. Bunu klubun prezidenti və komandama hədiyyə etmək istəyirəm”.

Depayın adı “Barselona” ilə yanaşı hallanır.