Rəsmi: Riberinin yeni klubu bilindi FOTO

Fransız futbolçu Frank Riberinin yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 35 yaşlı oyunçu karyerasını İtaliyanın “Fiorentina” klubunda davam etdirəcək. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Riberi, yeni klubu ilə rəsmi müqavilə imzalamaq üçün Florensiya şəhərinə gəlib. Fransız futbolçunun 2 illik sözləşməyə imza atacağı gözlənilir.