0:5-dən sonra istefaya göndərildi

Fransanın “Sent-Etyen” klubunda baş məşqçi Klod Pyuellə yollar ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” telekanalı məlumat yayıb. Klod Liqa 1-in 17-ci turunda “Renn”ə məğlubiyyətdən (0:5) sonra istefaya göndərilib.

Pyuel 2019-cu ilin oktyabrından “Sent-Etyen”i çalışdırırdı.