Fransa klubunda yeni futbolçu

Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Dijon”dan qapıçı Alfred Qomisi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Renn” seneqallı qapıçı üçün “Dijon”a 10 milyon avro ödəyəcək.

“Renn” bir müddət əvvəl qapıçısı Eduard Mendini 25 milyon avroya “Çelsi”yə satmışdı.