Zidan PSJ ilə razılaşdı

Fransanın PSJ komandasını yeni mövsümdə çalışdıracaq baş məşqçinin adı məlum olub.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin “sükan”ı Zinəddin Zidana tapşırılacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, tərəflər arasında razılıq əldə olunduğu və təyinatın iyun ayında açıqlanacağı bildirilib.

Zidan son olaraq “Real”da baş məşqçilik edib.

PSJ-nin hazırkı baş məşqçisi Maurisio Poçettinonun isə “Mançester Yunayted”ə keçəcəyi iddia edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button