PSJ-nin iki futbolçusu koronavirusa yoluxdu

Fransanın PSJ klubunun iki futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, iki futbolçunun koronavirus testinin müsbət çıxdığı bildirilib.

Virusa yoluxan futbolçuların adları açıqlanmayıb. “Lequipe” nəşri Anxel Di Mariya və Leandro Paredesin koronavirusa yoluxduğunu iddia edir.