PSJ-də Neymar sevinci

Fransanın PSJ klubunun futbolçusu Neymar sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, braziliyalı hücumçunun zədəsini tam sağaltdığı bildirilib.

PSJ-nin baş məşqçisi Maurisio Poçettino klubun saytına açıqlamasında Neymarın “Marsel”lə keçiriləcək superkubok matçında iştirak edə biləcəyini bildirib.

Bu gün keçiriləcək PSJ – “Marsel” matçı saat 00:00-da start götürəcək.