Messinin 30 milyonluq oteli sökülə bilər FOTO

Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin İspaniyanın Barselona şəhərinin cənubunda yerləşən oteli sökülə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “El Confidencial” nəşri məlumat yayıb.

Xəbərdə, Messinin 2017-ci ildə 30 milyon avroya satın aldığı 77 otaqlı otelin şəhər standartlarına uyğun olmadığı səbəbindən söküləcəyi bildirilib.

İddiaya görə, oteli 4 il əvvəl Messiyə satan şəxs gələcəkdə buranın söküləcəyindən xəbərdar imiş. Lakin o, bu haqda argentinalı hücumçuya məlumat verməyib.

Messi hazırda PSJ-də illik 30 milyon avro qazanır.