Fransanın PSJ klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Moyze Kinin koronavirus testi müsbət çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kin Liqa 1-in 28-ci turunun “Bordo” ilə matçını (1:0) bu səbəbdən buraxıb. 21 yaşlı hücumçu karantinə alınıb.
Kin bu mövsüm PSJ ilə 31 oyunda 17 qol vurub.