PSJ-nin yay planı: Əsas hədəf bilindi

Fransanın PSJ klubunda yay transfer dönəmi üçün əsas hədəf məlum olub.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi hücumçu Kilian Mbappenin komandadan mümkün ayrılığına görə, Dortmund “Borussiya”sından Erlinq Halandı transfer etmək istəyir. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.

PSJ norveçli hücumçunu heyətinə qatmaq üçün bütün imkanlarından istifadə edəcək.

Haland bu mövsüm “Borussiya” ilə 18 oyunda 21 qol vurub.