Mbappenin əvəzinə Keyn

Fransanın PSJ klubu yayda komandadan ayrılacağı gözlənilən Kilian Mbappeyə əvəzləyici tapıb.

Komanda.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb. Paris klubu Mbappe komandadan ayrılsa, onun yerinə “Tottenhem”dən Harri Keyni transfer etməyə cəhd edəcək.

PSJ-nin baş məşqçisi Maurisio Poçettino London klubunda birgə çalışdığı ingilis hücumçunu Fransaya gətirmək istəyir. “Tottenhem” Keyni 150 milyon funt-sterlinqə sata bilər.

Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.