PSJ Messi üçün Mbappeni sata bilər

Fransanın PSJ klubu yayda futbolçusu Kilian Mbappeni sata bilər.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi “Barselona”dan Lionel Messini transfer etmək istəyirsə, Mbappeni satmaq məcburiyyətində qala bilər. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Messi PSJ-yə gəlsə, onun illik məvacibi 40 milyon avrodan çox olacaq. Paris klubu argentinalı futbolçunun maliyyə şərtlərini qarşılaya bilmək üçün vacib futbolçularından birini satmalıdır.

Messinin “Barselona” ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. 33 yaşlı futbolçu ilə İngiltərənin “Mançester Siti” klubu da maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button