“Qarabağ”ın rəqibi qapıçısını PSJ-yə göndərdi – Rəsmi

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi “Sevilya”dan Serxio Rikonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı qapıçı 2019/20 mövsümünü icarə əsasında PSJ-də keçirəcək.

PSJ mövsümün sonunda müəyyən olunmuş məbləği ödəyəcəyi təqdirdə, Rikonun transfer hüquqlarına sahib ola bilər.

“Sevilya” bu mövsüm Avropa Liqasının A qrupunda “Qarabağ”, APOEL və “Düdelanj”la mübarizə aparacaq.