Koronavirus testindən keçib, yeni mövsümə hazırlaşacaqlar

Fransanın “Nitsa” klubu məşqlərə başlayacağı vaxtı açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Nitsa” yeni mövsüm üçün hazırlığa iyunun 15-də başlayacaq.

Fransada koronavirus pandemiyasına görə Liqa 1 erkən yekunlaşdırılıb. “Nitsa” mövsümü 5-ci yerdə tamamlayıb. Liqa 1-də yeni mövsümə avqustun 23-də start veriləcək.

“Nitsa” yeni mövsümün hazırlığına başlamazdan əvvəl komandanın bütün heyətini koronavirus testindən keçirəcək.