Vieyra istefaya göndərildi – rəsmi

Fransanın “Nitsa” klubu baş məşqçisi Patrik Vieyra ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssis komandanın bu mövsümkü uğursuz çıxışına görə istefaya göndərilib. Vieyranın yerinə baş məşqçi postuna müvəqqəti olaraq Adrian Ursi gətirilib.

“Nitsa” Liqa 1-də 17 xalla 11-ci sıradadır. Fransa klubu Avropa Liqasının C qrupunda 3 xalla 3-cü sıradadır və komandanın pley-off mərhələsinə yüksəlmək şansı qalmayıb.

Vieyra 2018-ci ilin yayından “Nitsa”nı çalışdırırdı.