Liqa 1 klubunda yeni baş məşqçi

Fransanın “Nant” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Kristian Qurkuffa tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 64 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Daha əvvəl “Loryan”, “Renn” kimi komandaları çalışdıran Qurkuffun son iş yeri Qətərin “Əl Qarafa” klubu olub.