Daha bir il “Monako”da

Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Lester”dən Adrien Silvanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Silva, 2019/20 mövsümünü icarə əsasında “Monako”da keçirəcək.

Portuqaliyalı yarımmüdafiəçi son mövsümdə də icarə əsasında məhz “Monako”da çıxış etmişdi.