“Monako”da yeni hücumçu – Rəsmi

Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Lester”dən İslam Slimanini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əlcəzairli hücumçu 2019/20 mövsümünü icarə əsasında “Monako”da keçirəcək.

“Monako” mövsümün sonunda Slimaninin transfer hüquqlarına sahib ola bilər.

2016-cı ildən “Lester”də çıxış edən Slimani, son mövsümü icarə əsasında “Fənərbaxça”da keçirib.