“Monako” milli üzvünü icarəyə verdi

Fransanın “Monako” klubu futbolçusu Sofyan Diopu icarəyə verib.

Komanda.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 2019/20 mövsümünü “Soşo” klubunda keçirəcək. Bu barədə Liqa 2 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşadək futbolçulardan ibarət Fransa milli komandasının da üzvü olan Diop, 2018/19 mövsümündə “Monako” formasıyla 22 oyunda iştirak edib.