“Monako”da Jardimə əvəzləyici tapıldı

Fransanın “Monako” klubu baş məşqçisi Leonardo Jardimlə yollarını ayırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi yaxın zamanda 45 yaşlı mütəxəssisi istefaya göndərəcək. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə, “Monako” rəhbərliyinin fransız mütəxəssis Klod Pyuelə təklif göndərdiyi bildirilib. Pyuel də “knyazlıq klubu”nda işləməyə müsbət yanaşır.

Son olaraq “Lester”i çalışdıran Pyuel, 1999-2001-ci illərdə “Monako”nun baş məşqçisi olub.