“Messini idarə etmək çox çətindir”

Fransanın “Marsel” komandasının baş məşqçisi Xorxe Sampaoli Liqa 1-in 11-ci turunda PSJ-yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Paris klubunda çıxış edən həmyerlisi Lionel Messi haqda danışıb:

“Messini yenidən görmək xoş olacaq. O, bizə ciddi zərər verə bilər. Daha əvvəl ona qarşı oynamışam və onunla məşq etmişəm. Bilirəm ki, dünyanın ən yaxşı futbolçusudur. Messini idarə etmək çox çətindir”.

Oktyabrın 24-də keçiriləcək PSJ – “Marsel” matçı saat 22:45-də start götürəcək.