Fransa klubunda ayrılıq – rəsmi

Fransanın “Marsel” klubunun idman direktoru Andoni Subisaretta vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 58 yaşlı Subisaretta 2016-cı ilin oktyabrından “Marsel”də idi.

“Marsel” koronavirusa görə erkən yekunlaşdırılan Liqa 1-də mövsümü 2-ci yerdə bitirib.