Dimitri Payet koronavirusa yoluxdu

Fransanın “Marsel” klubunun futbolçusu Dimitri Payet koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb. Xəbərdə, 33 yaşlı yarımmüdafiəçinin koronavirus testinin müsbət çıxdığı bildirilib.

“Marsel”də bundan əvvəl Stiv Mandanda, Maksim Lopes, Valenten Ronjye və Cordan Amavidə də virus aşkarlanmışdı.

Fransa Liqa 1-də ilk tur çərçivəsində keçirilməli olan “Marsel” – “Sent-Etyen” matçı təxirə salınıb.