“Marsel”dən milli üzvüylə yeni müqavilə

Fransanın “Marsel” klubu futbolçusu Dimitri Payetin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Marsel” 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.

Payet, məvacibinin 30 faiz azaldılmasına da razı olub. Fransa milli komandasına da dəvət alan yarımmüdafiəçi, 2017-ci ildən “Marsel”də forma geyinir.