Fransızlardan Çempionlar Liqasında yeni antirekord

Fransanın “Marsel” klubu Çempionlar Liqasının tarixinə düşüb.

Komanda.az xəbər verir ki, qrup mərhələsinin 4-cü turu çərçivəsində “Portu”ya (0:2) məğlub olan fransızlar turnirdə yeni antirekorda imza atıblar. Belə ki, “Marsel” Çempionlar Liqası tarixində ardıcıl 13 oyunda uduzan ilk komanda olub.

Bundan əvvəlki antirekord “Anderlext” klubuna aid idi. Belçika təmsilçisi ÇL-də ardıcıl 12 oyunda uduzmuşdu.