Fransa klubunun 5 futbolçusu koronavirusa yoluxdu

Fransanın “Loryan” klubunun 7 üzvü koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, virusa yoluxanların beşinin əsas komandanın futbolçusu olduğu bildirilib.

“Loryan” Liqa 1-də 19-cu sıradadır.