Həyat yoldaşını döydüyü üçün 1,8 milyon avro cərimələndi

Fransanın “Lion” klubunun yeni transferi Jerom Boatenqin məhkəməsi keçirilib.

Komanda.az xəbər verir ki, keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunan 33 yaşlı müdafiəçi 1,8 milyon avro cərimələnib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

2010-2021-ci illərdə “Bayern”də çıxış edən Boatenq Almaniya millisində 76 oyun keçirib. Müdafiəçi bir neçə gün əvvəl Fransanın “Lion” klubuna transfer olunub.