“Lion”un 7 üzvü koronavirusa yoluxdu

Fransanın “Lion” klubunun 7 üzvü koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə “Only Gones” portalı məlumat yayıb. Virusa yoluxanların adları və vəzifələri açıqlanmayıb.

“Lion”un milli komandaların düşərgələrində olan bəzi futbolçularını geri çağırdığı bildirilir.