Rumıniya millisinin üzvü “Lion”da

Fransanın “Lion” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Nant”dan Çiprian Tataruşanunu transfer edib. Bu barədə “Lion”un rəsmi saytı məlumat yayıb. 33 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb.

Tataruşanu “Lion”a azad agent kimi keçib.

Rumıniya millisinin üzvü “Nant” forması ilə son mövsümdə 30 qarşılaşmaya çıxıb.