“Yuventus” Türkiyə millisinin futbolçusunu izləyir

Fransanın “Lill” klubunun futbolçusu Yusuf Yazıcı karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə “Yuventus” klubu yaxından maraqlanır. Bu barədə “France Football” nəşri məlumat yayıb. Xəbərdə, Turin təmsilçisinin Yusufu izləmək üçün mütəmadi olaraq skautlar göndərdiyi bildirilib.

“Yuventus” mövsümün sonunda türkiyəli yarımmüdafiəçi üçün rəsmi təklif göndərməyi düşünür.

Yusuf bu mövsüm “Lill”də 23 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi Türkiyə yığmasına da dəvət alır.