Türkiyəli hücumçu ayın ən yaxşısı seçildi

Fransanın “Lill” klubunda dekabrın ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, türkiyəli hücumçu Burak Yılmazdır. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Burak, ötən ay iştirak etdiyi 6 oyunda 3 qol vurub.

“Lill”də noyabrın ən yaxşı futbolçusu isə digər türk futbolçu Yusuf Yazıcı olmuşdu.