Ona 60 milyon avro qiymət qoydular

Fransanın “Lill” klubu futbolçusu Viktor Osimhenin transfer qiymətini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin 21 yaşlı hücumçu üçün tələb etdiyi məbləğ 60 milyon avrodur. Bu barədə italiyalı jurnalist Nikola Skira rəsmi “tvitter” hesabında məlumat yayıb.

“Lill” Osimheni 60 milyon avro qarşılığında satmağa hazırdır. Nigeriyalı hücumçu isə illik ən azı 4 milyon avro məvacib istəyir.

Hücumçuyla “Çelsi” və “Napoli” yaxından maraqlanır.