Fransa klubunun futbolçusunda koronavirus aşkarlandı

Fransanın “Bordo” klubunun futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, “Bordo”da bir futbolçunun koronavirus testinin müsbət çıxdığı bildirilir. Virusa yolxuan oyunçunun adı açıqlanmır.

Fransa Liqa 1-də mövsüm koronavirus pandemiyasına görə erkən dayandırılmışdı. “Bordo” mövsümü 12-ci sırada tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button