Rəsmi: “Bordo”nun yeni baş məşqçisi bilindi

Fransanın “Bordo” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Vladimir Petkoviçə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 57 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Petkoviç eyni zamanda İsveçrə yığmasında da baş məşqçilik edəcək. Petkoviçin milli ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.