Fransalı futbolçu rəsmən “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” klubu növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Renn” klubunun sağ cinah müdafiəçisi Saşa Boy ilə güclənib.

Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb. 20 yaşlı fransız oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Saşa Boy “Renn”in öz yetirməsidir. Müdafiəçi 2019-cu ildən bu klubun əsas komandada forma geyinirdi. O, geridə qalan mövsümü icarə əsasında “Dijon”da keçirib. Gənc futbolçu bu komandanın heyətində 24 matça çıxıb.