Fransalı futbolçu DÇ-2018-in qızıl medalını hərracda satdı

Fransa millisinin heyətində Rusiyada keçirilən DÇ-2018-in qalibi olan futbolçulardan biri qazandığı qızıl medalı hərracda satıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, medalını hərraca verən futbolçunun adı açıqlanmayıb. Qızıl medalın 66 min avroya satıldığı bildirilir.