“İdman yarışları sentyabra qədər təxirə salına bilər” – nazir

Fransada koronavirus pandemiyasına görə bütün idman tədbirləri sentyabra kimi təxirə salına bilər.

Komanda.az xəbər verir ki, bu barədə Fransanın idman naziri Roksana Marasinyanyu “Lequipe” nəşrinə açıqlamasında deyib:

“İdman yarışları iyunun ortasında yenidən başlaya bilər. Ancaq digər sahələr də var. Belə olan halda idman hökumət üçün prioritet deyil və bütün fəaliyyətlər yalnız sentyabrda başlaya bilər”.

Fransa mətbuatı Liqa 1-in iyunun 17-də başlayacağını iddia edir.