Fransada iki futbolçuda koronavirus aşkarlandı

Fransada bir neçə futbolçu koronavirus pandemiyasına yoluxub.

Komanda.az xəbər verir ki, Liqa 2-də çıxış edən “Oser” rəsmi saytı vasitəsi ilə akadamiyanın gənc oyunçusununda virus aşkarlandığını bildirib. Klub futbolçunun adını açıqlamayıb və onun vəziyyətinin normal olduğunu vurğulayıb.

Liqa 2-nin digər təmsilçisi “Trua”da isə cənubi koreyalı futbolçu Sok Hyon Cunda koronavirus aşkarlanıb.

Qeyd edək ki, Fransa Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən ölkədəki bütün futbol matçlarını təxirə salıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button