Fransada ayın ən yaxşısı seçildi – Yusuf Yazıcı

Futbol üzrə Fransa çempionatında dekabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Lill”in türk yarımmüdafiəçisi Yusuf Yazıcı ötən ayın ən yaxşısı seçilib.

Bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb. Yusufla yanaşı, dekabrın ən yaxşısı adına Lion “Olimpik”indən Tino Kadevere və Karl Toko-Ekambi də namizəd idi. Amma sorğunun yekununda Türkiyə millisinin üzvü digər iki namizədi qabaqlayıb.

Yusuf Yazıcı dekabr ayında “Lill”in heyətində meydana çıxdığı 5 oyunda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Yusuf Yazıcının komanda yoldaşı Burak Yılmaz da “Lill”in dekabr ayındakı ən yaxşı oyunçusu seçilib. Yusuf da noyabrda “Lill”də ayın futbolçusu elan olunmuşdu.