Fransa yığmasında Deşamla yeni müqavilə

Futbol üzrə Fransa yığmasının baş məşqçisi Didye Deşamın müqavilə müddəti uzadılıb.

Komanda.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, yığmanın baş məşqçisi ilə müqavilənin müddəti 2022-ci ilə – Qətərdə təşkil olunacaq dünya çempionatının sonuna qədər artırılıb.

Qeyd edək ki, Deşam Fransa yığmasını 2012-ci ildən çalışdırır. 51 yaşlı mütəxəssislə əvvəlki müqavilənin müddəti 2020-ci ilin yayında başa çatacaq.

Fransa milli komandası Deşamın rəhbərliyi altında 100 oyuna çıxıb, 65 qələbə qazanıb, 18 heç-heçə edib, 17 məğlubiyyətlə üzləşib. Fransalı mütəxəssis ölkəsinin millisini 2018-ci ildə dünya çempionu edib, 2016-da isə Avropa ikincisi edib.