Fransa superkubokunu PSJ qazandı

Futbol üzrə Fransa Super Kubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, superkubok matçı Liqa 1-in sonuncu qalibi PSJ ilə Fransa Kubokunun sahibi “Renn” arasında baş tutub.

Çində keçirilən qarşılaşmada hesabı 13-cü dəqiqədə “Renn”in futbolçusu Hunu açıb. Amma 57-ci dəqiqədə Mbappe və 73-cü dəqiqədə Di Mariyanın vurduğu qollar Paris klubuna əzmkar qələbə və superkubok qazandırıb.

PSJ tarixində 9-cu dəfə Fransa superkubokuna sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button