Ən yaxşı fransalı futbolçu adına namizədlər açıqlandı

Fransa Peşəkar Futbolçular Birliyi (UNFP) ölkə xaricində çıxış edən ən yaxşı fransalı futbolçu adına namizədləri açıqlayıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Real”dan Kərim Benzema və Ferlan Mendi, “Çelsi”dən Nqolo Kante, “Tottenhem”dən Uqo Lloris və “Barselona”dan Osman Dembele namizəd olub.

Ötən il koronavirus pandemiyasına görə Fransada ən yaxşı futbolçu seçimləri ləğv edilmişdi. 2019-cu ildə ölkə xaricində çıxış edən ən yaxşı fransalı futbolçu Kərim Benzema seçilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button