Fransa millisinin sabiq üzvü İsveçrə klubunda

Futbol üzrə Fransa yığmasının sabiq müdafiəçisi Qael Klişi özünə yeni komanda tapıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra İsveçrənin “Servett” klubunun uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2021/22 mövsümünün sonuna qədər davam edəcək müqavilə imzalanıb.

Qeyd edək ki, Qael Klişi karyerası ərzində “Kan”, “Arsenal”, “Mançester Siti”, “Başakşəhər” klublarının uğurları üçün çalışıb.