“Ronaldonu meydanda görə bilmədim” – Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının 3-cü turunda Portuqaliya ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Deşam, 0:0 hesabıyla bitən görüş haqda bunları deyib:

“Hər iki komandanın müdafiəsi haqda daha çox danışmalıyıq. Orta xətt futbolçularım möhtəşəm oyun sərgilədilər və ikinci hissədə daha çox topa sahib olan tərəf biz idik.

Hər zaman daha yaxşısını edə bilərsiz. Bu gün bəzi tədbirlər görmüşdük və Kriştiano Ronaldonu meydanda görə bilmədim. Qələbə qazanmaq üçün daha yaxşı oynamalı idik”.