Makelele Liqa 1-də komanda çalışdıra bilər

Fransa milli komandasının və “Çelsi”nin sabiq futbolçusu Klod Makelele Liqa 1-də komanda çalışdıra bilər.

Komanda.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Anje” komandasında baş məşqçilik edə bilər. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

“Anje”də baş məşqçi Stefan Mulenlə yolların ayrılacağı açıqlanıb. Makelele onun yerinə bu posta namizədlər arasındadır.

Makelele futbolçu olarkən “Real”, “Çelsi”, “Marsel”, PSJ kimi klublarda çıxış edib. Sabiq yarımmüdafiəçi Fransa yığmasında 72 oyuna çıxıb. O, hazırda “Çelsi” klubunda məşqçi kimi çalışır.

“Anje” hazırda Liqa 1-də 11-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button